hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Aqressivlik nəsildən gəlirmiş: ARAŞDIRMA

Aqressivlik nəsildən gəlirmiş: ARAŞDIRMA

İnsanın aqressiv davranışları onun soy-kökü ilə bağlıdır.

Cebhe.info xəbər verir ki, bu qənaətə Rusiya Genetika İnstitutunun mütəxəssisləri apardıqları araşdırmadan sonra gəlib.

Mütəxəssislər siçanlar üzərində apardıqları sınaqların nəticəsini elan edib. Bildirilir ki, sınaqda iştirak edən siçanlar iki qrupa ayrılıb. Onlardan bir qrupu sutkada bir neçə saat digər siçanlardan, xüsusilə valideynlərindən ayrılıqda saxlanılıb. Daha sonra onlar böyüyərək özləri də övlad sahibi olub.

Təcrübənin sonunda məlum olub ki, valideynlərindən ayrılan siçanlar özlərini daha aqressiv aparıb. Bu xüsusiyyəti onların valideynlərindən ayrılan analarından aldıqları məlum olub.

Mütəxəssislər bu qənaətə gəlib ki, aqressiv davranış nəsilbənəsildən ötürülə bilən xüsusiyyətdir.

Xəzər
Cebhe.info


Oxunma sayı: 1970