t AQTA 2 gündür erməni konfetini araşdırır: HƏLƏ BİTMƏYİB
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

AQTA 2 gündür erməni konfetini araşdırır: HƏLƏ BİTMƏYİB

AQTA 2 gündür erməni konfetini araşdırır: HƏLƏ BİTMƏYİB

"Xətai" metrosunun yaxınlığında, "Freshmart" supermarketində bir vətəndaş tərəfindən Emənistan istehsalı olan məhsul aşkarlanıb. 

Şəxs bununla bağlı sosial şəbəkələrdə paylaşım edib. 

O bildirib ki, bununla bağlı mağaza rəhbərliyinə iradını tutub. Lakin bir gün sonra mağazaya getdikdə həmin məhsulların az da olsa, satışda olduğunu müşahidə edib. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yayılan xəbərlə bağlı dünən araşdırmaya başlasa da, onu hələ yekunlaşdırmayıb.

Belə ki, Cebhe.info dünən sözügedən məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Mansur Piriyevlə əlaqə saxladıqda məlumatın hazırlandığı və bir neçə dəqiqəyə ətraflı informasiyanın təqdim olunacağı bildirilmişdi. 

Ancaq görünən odur ki, AQTA araşdırmanı  yekunlaşdırmayıb.

Agentlikdən Cebhe.info-ya verilən açıqlamada qeyd edilib ki, faktla bağlı araşdırmalar hələ bitməyib: “Sözügedən məsələ ilə bağlı məlumatlar mediadan götürülərək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalara başlanılıb. Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Araşdırmalar yekunlaşdıqdan sonra nəticələri ilə bağlı məlumat veriləcək”. 

Səyad Həsənli 
Cebhe.info


Oxunma sayı: 2542