hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

"AQTA partizan kimi "susur"": QHT sədri də saxta yağlarla bağlı sualına cavab almayıb

"AQTA partizan kimi "susur"": QHT sədri də saxta yağlarla bağlı sualına cavab almayıb

Bakının bazar və mağazalarda satılan nehrə yağları qiymətləri ilə bölgələrdə satılan eyni adlı yağın qiyməti arasında 2-3 manat fərq var.  

Məsələ burasındadır ki, çətinliklə əldə edilən nehrə yağı paytaxda daha ucuz satılır. Bu isə nehrə yağının keyfiyyətinə şübhələr yaradır.

Maraqlıdır, nehrə yağı standartlara uyğunmu hazırlanır?

“Azad İstehlakçılar” İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov Cebhe.info-ya açıqlamasında bildirib ki, Bakıda satılan bu yağların nehrə yağı ilə heç bir əlaqəsi yoxdur, ona görə də standartlara uyğun olmasını demək mümkün deyil:

“Hazırda 20-dək saxta yolla fəaliyyət göstərən “İvanovka” mağazası var. Orada satılan yağların qətiyyən nehrə yağları ilə əlaqəsi yoxdur, müxtəlif bitki yağlarının, marqarinlərin qarışığıdır. Hər gün bununla bağlı istehlakçılar müraciət edirlər, malı ekspertizadan keçirmək istəyirlər və təəssüf ki, “Azad İstehlakçılar” İctimai Birliyinin artıq laboratoriyası yoxdur. Bu sahədə böyük problem var. Nehrə yağı adı ilə satılan, üzərində istehsalçının adı, emal tarixi, yağın kütlə payı, çəkisi, növü, standartın və digər normativ-texniki sənədin nömrəsi, tərkibi, saxlanma temperaturu, enerji dəyəri və s. olmayan yağların həqiqi olduğunu demək təbii ki, doğru olmaz. Bu, böyük problem olduğuna görə dəfələrlə dövlət orqanlarına müraciət etmişəm. Amma nəticə yoxdur. Dünən bununla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri ilə danışmışam. Lakin AQTA elə partizan kimi “susur””. 

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 2773