hava haqqinda Bakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8962
  • NEFT - $ 73.37
  • clouds-weather

AQTA sədri ÜST-ün Azərbaycan üzrə nümayəndəsi ilə görüşüb

AQTA sədri ÜST-ün Azərbaycan üzrə nümayəndəsi ilə görüşüb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı ilə görüşüb.

Agentlikdən Cebhe.info-ya verilən məlumata görə, Qoşqar Təhməzli əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə bağlı qonağı məlumatlandırıb.

ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı isə birgə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində səyləri artıracağını vurğulayıb.

Görüşdə Agentliklə ÜST arasında əməkdaşlığın perspektivləri, birgə həyata keçiriləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

Yeganə
Cebhe.info


Oxunma sayı: 254