hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

AQTA-ya yeni səlahiyyət verildi

AQTA-ya yeni səlahiyyət verildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə yeni səlahiyyət verilib.

Cebhe.info xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarına müvafiq dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, hər hansı bir mikroorqanizm və parazitar xəstəliklər törədiciləri ştammlarının Milli Kolleksiyada saxlanmasına Qida Təhlükəsizliyi Agentliyi razılıq verəcək. Qüvvədə olan qərara əsasən, bu sahədə səlahiyyət Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində olub.

Eyni zamanda Agentlik tərəfindən Milli Kolleksiyanın bütün mikroorqanizm ştammlarının patogen xüsusiyyətlərinin qorunub saxlanmasını təşkil etmək və daxil olan ştammları qəbul edərkən sənədləşmələri aparmaq məqsədilə yüksək ixtisas hazırlığı olan məsul şəxs təyin ediləcək.

Qüvvədə olan qanuna əsasən, bu səlahiyyət Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunda olub.

Cebhe.info


Oxunma sayı: 2300