hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Arda Turan Azərbaycana dəstək nümayiş etdirib: “Tək millət, iki dövlət”

Arda Turan Azərbaycana dəstək nümayiş etdirib: “Tək millət, iki dövlət”

Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Arda Turan Dağlıq Qarabağda baş verən hadisələrə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu sosial şəbəkə vasitəsilə Azərbaycana dəstək nümayiş etdirib.

33 yaşlı yarımmüdafiəçi instaqram səhifəsi vasitəsilə iki şəkil paylaşıb. Onlardan birində Azərbaycan bayrağı altında dayanan Arda “Tək millət, iki dövlət” yazıb, digəri isə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə olan şəklidir.

Qeyd edək ki, “Arsenal”ın Türkiyə əsilli futbolçusu Məsut Özil də bu yaxınlarda Azərbaycana dəstəyini göstərib.

Cebhe.info


Oxunma sayı: 980

Bizim Telegram səhifəmizi izləyin