hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Arda və Falkao “Neftçi”yə qarşı oynamayacaq?

Arda və Falkao “Neftçi”yə qarşı oynamayacaq?

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Türkiyənin “Qalatasaray” klubu heyətində dəyişikliklər edəcək.

Unikal.org-un xaricimətbuata istinadən məlumatına görə, İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terim Super Liqanın I turunda “Qaziantep”lə (3:1) matçda iştirak edən “11-lik”də islahat aparacaq.

Həm yol yorğunluğunu, həm də həftəsonu II tur çərçivəsində “Başakşəhər”lə keçiriləcək görüşü nəzərə alan təcrübəli mütəxəssis bəzi aparıcı oyunçulara Bakıda istirahət verəcək. Müdafiəçi Kristian Luyindama, yarımmüdafiəçi Arda Turan və hücumçu Radamel Falkaonun “Neftçi” önündə ilk dəqiqələrdən meydanda olması gözlənilmir. Onların əvəzinə müvafiq olaraq Rayan Donk, Rayan Babel və Mbaye Dian start heyətində mübarizə aparacaq.

Terimin heyətdə başqa dəyişikliklərə əl atması da istisna edilmir.

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi” – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.

Türkiyə "Qalatasaray"ı Bakıya 45 nəfərlik nümayəndə heyəti ilə gələcək. Heyətdəkilərdən 23-ü futbolçudur. Həmin oyunçular adları UEFA-ya sifariş edilənlərdən ibarətdir.

Cebhe.info


Oxunma sayı: 551