hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Arıçılardan ölkə rəhbərliyinə müraciət

Arıçılardan ölkə rəhbərliyinə müraciət

Azərbaycana balın idxalının məhdudlaşdırılması ilə bağlı Azərbaycan Arıçılar Assosiasiyası adından ölkə rəhbərliyinə müraciət imzalanıb. 

Bunu Azərbaycan Arıçılar Assosiasiyasının rəhbəri Bədrəddin Həsrətov deyib.

Artıq biz ölkə əhalisinin bala olan tələbatını tam şəkildə ödəyə bilirik. Bu, ölkədə arıçılığın inkişafına bir stimul olacaq və bu sahə daha sürətlə inkişaf edəcək”, - deyə Bədrəddin Həsrətov bildirib.

Bədrəddin Həsrətov deyib:

“Keçən il Azərbaycanda 3 min ton bal istehsal olunub. Builki istehsalımız artıq 6 min tona yaxınlaşır. Əvvəlki illərdə hər arı ailəsindən 8-10 kiloqram bal istehsal olunurdusa, bu il orta məhsuldarlıq 15 kiloqrama çatır. Azərbaycan artıq xaricə bal ixrac etməyə başlayıb. Bu il Yaponiyaya 8 ton, Birləşmiş Ərəb Əmirliklərinə 3 ton, Dubaya isə 4 tona yaxın bal göndərilib. Hazırda İordaniya ilə danışıqlar aparılır. Bu yaxınlarda oraya da bal göndəriləcək. Bunlar ilkin nümunələrdir”.

Cebhe.info


Oxunma sayı: 617