hava haqqindaBakı
Bu gün +11 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.8991
  • NEFT - 65.53
  • clouds-weather

Arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək

Arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçiriləcək

Sentyabr 28-dən oktyabr 18-dək arıçılıq məhsullarının növbəti 20-ci respublika sərgi-satış yarmarkası keçiriləcək.

AQTA-dan Cebhe.info-ya verilən məlumata görə, bununla bağlı olaraq, Aqrar Tədqiqatlar Mərkəzinin konfrans zalında yarmarkaya son hazırlıq işləri, tətbiq ediləcək yeniliklər, arıçıları, eləcə də ictimaiyyəti maraqlandıran digər suallara həsr olunmuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişi Qalib Əbdüləliyev 20-ci respublika sərgi-satış yarmarkasında satışa çıxarılması nəzərdə tutulan bal məhsullarının keyfiyyəti və təhlükəsizliyinə Azərbaycan Respublikasının Qida Təhlükəsizlilyi Agentliyi (AQTA) tərəfindən nəzarət olunacağını bildirib.

Belə ki, agentliyin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitunun əməkdaşları tərəfindən satışa çıxarılacaq bal və bal məhsullarından nümunələr götürülərək İnstitutun müvafiq laboratoriyalarında ekspertizaya cəlb ediləcək. Ekspertizalar zamanı məhsulların təhlükəsizliyi, eləcə də keyfiyyət göstəriciləri yoxlanılacaq və yalnız qida təhlükəsizliyi göstəriciləri uyğun olan məhsulların satışına icazə veriləcək.

Yarmarkada Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun ən müasir cihaz və avadanlıqlar ilə təchiz edilmiş səyyar laboratoriyası arıçılıq məhsullarının müayinələrinin aparılması üçün vətəndaşlara xidmət göstərəcək. İstehlakçılar aldıqları balın keyfiyyətinə əmin olmaq üçün məhsulu səyyar laboratoriyaya təqdim edə bilərlər.

Qeyd edək ki, yarmarkaya qeydiyyat müddəti sentyabrın 6-dan 11-dək olacaq. Yarmarkada iştirakçı sayı hər bir rayondan maksimum 40 nəfər olmaqla, növbəlilik əsasında müəyyən ediləcək.

Əli Bədir
Cebhe.info


Oxunma sayı: 1464