hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Arif Hacılının rəqibləri 10 dəqiqədən narazı qalıb

Arif Hacılının rəqibləri 10 dəqiqədən narazı qalıb

Xəbər verdiyimiz kimi 13 oktyabrda Müsavat Partiyası sayca IX Qurultayını keçirəcək. 

Qurultayda başqanlıq uğrunda 3 namizəd-hazırkı sədr Arif Hacılı, divan üzvləri Yadigar Sadıqlı və Tofiq Yaqublu mübarizə aparacaq. Başqanlığa namizədlərdən Yadigar Sadıqlı səsverməyə 1 gün qalmış qurultayla bağlı narazılığını ifadə edib.

Cebhe.info xəbər verir ki, Y.Sadıqlı qurultayda danışmaq üçün 30 dəqiqə vaxt istəyib: 

“Qurultayın günü cəmi 25 gün öncə təyin olundu. Bu günlərin bəzləri Təşkilat Komitəsinin iclaslarına, debata sərf edildi. Lənkəran təşkilatının iclasını keçirmək üçün 2 dəfə cəhd etməm 5 gün vaxtımı aldı. Platforma, təbliğat məqalələrinin yazılmasına vaxt getdi. Bəzi rayonlarda polis görüşə mane oldu. Bəzi görüşlər iş gününə düşdüyündən nümayəndələrin hamısı iştirak etmədi. Xaçmaz rayonundan 21 nümayəndə var, görüşdə 7 nəfər iştirak edirdi. Nəticədə onların çox az hissəsinə fikrimizi çatdırdıq. Ümidimiz qurultayda çıxışa qaldı. İndi təklif olunur ki, hər namizədə çıxış üçün 10 dəqiqə vaxt verilsin. Mən isə 30 dəqiqə vaxt istəyirəm. Tofiq bəy də bu fikirdədir. Qurultay nümayəndələrini namizədlərə daha çox vaxt ayrılmasına səs verməyə çağırıram”. 

Cebhe.info


Oxunma sayı: 1662