hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Arif Paşadan Ali Baş Komandana müraciət: “Vətən Müharibəsində ön cəbhədə döyüşmək istəyirik”

Arif Paşadan Ali Baş Komandana müraciət: “Vətən Müharibəsində ön cəbhədə döyüşmək istəyirik”

“Azərbaycan xalqı 30 ildən sonra ilk dəfədir ki, belə sevincli xəbərlər alır. Milli və siyasi iradənin birləşərək torpaqlarımızın işğaldan azad olunmasında Ali Baş Komandanın dediyi kimi, düşmənin başına yumruq kimi endiyi günlərin şahidiyik. Keçmiş döyüşçülər, Qarabağ qaziləri bu xəbərlərə həm də şəhid dostlarının, yoldaşlarının adından sevinir. Bütövləşən təkcə torpaq, Vətən deyil, həm də xalqımızdır. Tarixi günlərə şahidlik edirik və bu günləri xalqımıza yaşatdığına görə Ali Baş Komandana, Azərbaycan Ordusuna təşəkkür edirik. Bütün şəhidlərimizin ruhu şad olsun!”

Cebhe.info xəbər verir ki, bunu Laçın Alayının sabiq komandiri, polkovnik Arif Paşa bildirib.

O qeyd edib ki, alayın keçmiş döyüşçüləri cəbhəyə getmək üçün kütləvi müraciət edib:

“Ümid edirik ki, bu müraciətlərimiz müsbət cavablandırılacaq. Biz o torpaqların azad olunmasında iştirak etmək istəyirik. Bu şərəfli mübarizənin həm də bir hissəsi olacağımıza imkan yaradılacağını düşünürəm. Xalqımız hər gün qələbə xəbərlərini birbaşa Ali Baş Komandanın öz dilindən eşidir, bu sevincli xəbərləri Prezidentin şəxsən təqdim etməsi qürurumuzu daha da artırır. Həmin çıxışlarda hər şey var- sevinc, qürur, əzm, iradə. Laçın alayının döyüşçüləri adından ilk gündən bu şərəfli mübarizəmizdə Ali Baş Komandana, ordumuza dəstəyimizi ifadə etmişəm və bu dəstəyi cəbhədə də göstərmək əzmindəyik. Ümid edirik ki, mənim aylar əvvəl dediyim Vətən Müharibəsində ön cəbhədə iştirakımıza şərait yaradılacaq”.

Cebhe.info


Oxunma sayı: 2949

Bizim Telegram səhifəmizi izləyin