hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

"Arsenal" Bakıdakı final matçından öncə Avstriya komandası ilə qarşılaşacaq

"Arsenal" Bakıdakı final matçından öncə Avstriya komandası ilə qarşılaşacaq

İngiltərənin "Arsenal" komandası Bakıda keçiriləcək Avropa Liqasının final oyunundan əvvəl yoldaşlıq matçında qüvvəsini sınayacaq.

"Report" xəbər verir ki, London təmsilçisi Avstriyanın LASK kollektivi ilə üz-üzə gələcək. Görüş mayın 23-də təşkil olunacaq.

Bundesliqanı ikinci pillədə bitirəcəyi dəqiqləşən komanda "Arsenal"ın dəvəti ilə İngiltərəyə yollanacaq.

Qeyd edək ki, Bakıdakı finalın digər iştirakçısı "Çelsi" yoldaşlıq görüşündə ABŞ-ın "New England Revolution" kollektivini 3:0 hesabı ilə məğlub edib. Həmin qarşılaşmada komandanın yarımmüdafiəçisi Ruben Loftus-Çik zədələnib və onun Avropa Liqasının finalında iştirak etməyəcəyi dəqiqləşib.

Final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq.

Cebhe.info


Oxunma sayı: 683