hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 68.84
  • clouds-weather

"Arsenal"ın futbolçusu Monreal "Real Sosyedad"a keçməyə yaxındır

"Arsenal"ın futbolçusu Monreal "Real Sosyedad"a keçməyə yaxındır

İngiltərənin "Arsenal" futbol klubunun müdafiəçisi Naço Monreal İspaniyanın "Real Sosyedad" klubuna keçməyə yaxındır.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, 33-yaşlı müdafiəçinin nümayəndələri artıq İspaniya klubu ilə danışıqlar aparırlar.

Bildirilir ki, futbolçunun "Real Sosyedad" ilə müqaviləsi 2 il müddətinə nəzərdə tutulacaq.

Qeyd edək ki, N.Monreal 2013-cü ildən "Arsenal"da çıxış edir. Futbolçu 3 dəfə İngiltərə Kubokunu və 3 dəfə İngiltərə Superkubokunu qazanıb. Ümümulikdə komandanın heyətində 251 oyun keçirən N.Monreal 10 qol və 20 qol ilə nəticələnən ötürmə ilə yadda qalıb.

Cebhe.info


Oxunma sayı: 452