hava haqqinda Bakı
Bu gün +15 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9145
  • NEFT - $ 71.16
  • clouds-weather

Artırılan minimum əməkhaqqı kimlərə şamil olunmayacaq? – RƏY

Artırılan minimum əməkhaqqı kimlərə şamil olunmayacaq? – RƏY

“Minimum əməkhaqqı artdı - 180 manat oldu, ölkə minimum əməkhaqqının 100 dollardan aşağı olduğu məmləkətlər sırasından çıxdı, təqdirəlayiq addımdır. Bu addımı normal dildə izah edən hökumət sözçüləri yoxdur deyə insanlar çaş-baş qalıb. Dünəndən sosial şəbəkədən 100-dən çox sual almışam, onlarla zəng olub. Tez-tez təkrarlanan suallara cavab verməyə çalışacam. Amma ilk öncə bəzi məsələlər haqqında yazmaq istəyirəm”.

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

N.Cəfərli hesab edir ki, bu qərar bir çox sahələrə təsir etməyəcək:

“Dünən verilən qərardan sonra məlum oldu ki, dövlət sektorunda çalışanların, büdcədən maaş alanların 50%-i minimum əməkhaqqı alırmış. Bu qərərdan sonra dövlət sektorunda çalışan 450 min insanın maaşı 180 manatdan aşağı olmayacaq, ən çox onlara müsbət təsir edəcək.

Özəl sektorda minimum əməkhaqqı alan 150 min nəfər varmış, bunların da rəsmi maaşı artacaq, amma onlar daha çox real maaş alırdılar, sadəcə minimumla rəsmiləşdirmə olmuşdu ki, işəgötürən də, işçi də daha az vergi və məcburi sosial sığorta haqqı ödəsinlər. Məncə, bura qədər hər şey aydın oldu. Minimum əməkhaqqının artması təqaüdlərə təsir etməyəcək, təqaüdlər cəmi 2,9%-ə qədər artacaq. Minimum əməkhaqqının artımı müəllimlərə, xüsusilə də orta və ali təhsil sistemində çalışan pedaqoji işçilərə demək olar ki, təsiri olmayacaq.

Çünki ali təhsil müəssislərinin müəllimlərinin maaşı ayrıca qərarla tənzimlənir və hətta aşağı maaşlar belə minimum əməkhaqqında bu yüksəkdir. Dövlət ümumtəhsil müəssisələrində çalışanlar isə əsasən diaqnostik qiymətləndirilmədən keçdikləri üçün maaşları Nazirlər Kabinetinin 11 iyul 2016-cı il 270 saylı qərarı ilə tənzimlənir. Həkimlərə, tibb bacılarına təsiri olacaq, əsas da minimum maaş alanlara, onların maaşı 180 manatdan aşağı olmayacaq”. 

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 494