hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Arvadını baltalayan kişi danışdı: "Qısqandığım üçün..." - TƏFƏRRÜAT

Arvadını baltalayan kişi danışdı: "Qısqandığım üçün..." - TƏFƏRRÜAT

Bərdə rayonunda həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Şahvələd Nadirxanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən Şahvələd Nadirxanov özünü qismən təqsirli bilib. O, arvadını qısqanclıq zəminində öldürməyə cəhd etdiyini vurğulayıb.

Növbəti məhkəmə iclası avqustun 26-na təyin edilib.

Qeyd edək ki, Bərdə rayonunun Cəyirli kəndində Kəlbəcər rayon sakini Şahvələd Nadirxanov həyat yoldaşı, 1983-cü il təvəllüdlü Pərvanə Yəhyayeva ilə mübahisə edib.

Mübahisə zamanı Şahvələd Nadirxanov balta ilə arvadına xəsarət yetirib.

Ağır xəsarət alan Pərvanə Yəhyayeva yaxınları tərəfindən Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

Qeyd olunur ki, hadisə qısqanclıq zəmində törədilib.

Məlum olub ki, Şahvələd Nadirxanovun bir müddət əvvəl həbsdən çıxıb.

İstintaq orqanı tərəfindən Şahvələd Nadirxanovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Cebhe.info


Oxunma sayı: 2036