hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Arvadını döyərək ölümünə səbəb olan şəxslə bağlı qərar verildi

Arvadını döyərək ölümünə səbəb olan şəxslə bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşının ölümündə təqsirli bilinən Yavər Əliyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report” xəbər verir ki, hakim İlqar Murquzovun sədrlik etdiyi iclasda qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilməyib.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Əliyev Yavər İlqar oğlu 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hadisə 2019-cu ilin dekabr ayında paytaxtın Sabunçu rayonu ərazisində, Zabrat-Pirşağı avtomobil yolunun kənarında baş verib. Binəqədi rayonu, Baksol şosesi, nömrəsiz evdə yaşayan Y.Əliyev həyat yoldaşı, 1995-ci il təvəllüdlü Əliyeva Nuranə Fəyaz qızının ona xəyanət etməsindən şübhələnərək ona ağır xəsarətlər yetirib. Daha sonra o, Nuranəni 3 saylı Şəhər Klinik Xəstəxanasının həyətinə gətirib və oradan uzaqlaşıb. Həkimlərin səyinə baxmayaraq, qadın xəstəxanada dünyasını dəyişib.

Y.Əliyevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Cebhe.info


Oxunma sayı: 1464