hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Arvadını öldürən Qurbanova 18 il həbs verildi

Arvadını öldürən Qurbanova 18 il həbs verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan 49 yaşlı Tufan Qurbanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, məhkəmənin hökmünə əsasən T.Qurbanov 9 il müddətinə azadlıqdan məhrum edilib. Qətl hadisəsi bu il fevralın 11-də Binəqədi rayonu, İsfahanlı küçəsində baş verib. 40 yaşlı Lalə Qurbanova xüsusi amansızlıqla qətlə yetirilib. Onun əri Tufan Qurbanov mətbəx bıçağı ilə qadına 18 zərbə vurub. Daha sonra isə boğazını kəsib. İttihama görə, T.Qurbanov 22 illik ömür-gün yoldaşını başqa şəxslə münasibətdə olduğu üçün qətlə yetirib.

İlkin ifadəsində yaşadığı məhəllədə biabır olduğuna görə bu hadisəni törədib. Hadisədən sonra özü sahə müvəkkilinə zəng vurub deyib ki, “namusumu təmizlədim, gəl məni tut, apar”.

Mərhumun anası isə deyilənləri təkzib edir, qızına şər atıldığını, boşanmaq istədiyi üçün əri tərəfindən öldürüldüyünü iddia edir. O, üç uşaq anası olan Lalənin ər evində zülm çəkdiyini, döyüldüyünü, işgəncələrə məruz qaldığını, gecə saatlarında dəfələrlə döyülüb evdən qovulduğunu, əriştə kəsib, düşbərə büküb sataraq pul qazandığını deyib: “Mənim qızım ərinə xəyanət etməyib. Qızımı şərləyirlər”.

Cebhe.info


Oxunma sayı: 452