hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Arvadını vəhşicəsinə döyən ərə verilən cəza ŞOK ETDİ

Arvadını vəhşicəsinə döyən ərə verilən cəza ŞOK ETDİ

Türkiyənin Aydın şəhərində Ünal K. 3 uşaqlarının gözü önündə dəfələrlə həyat yoldaşı Özlem K.-nı vəhşicəsinə döyüb.

Sonuncu dəfə isə arvadını döyərək tanınmaz hala salan şəxs qadının saçlarını əvvəlcə siqaretlə yandırıb, sonra qayçı ilə kəsib. Özlemi qışqırıq səslərinə gələn qonşular xilas ediblər.

BiG.AZ haberler.com-a istinadən xəbər verir ki, cinayətkar şikayət əsasında nəzarətə alındıqdan sonra məhkəmə, nə qədər təəccüblü olsa da, ona elektron qolbaq taxılması, 60 gün ərzində həyat yoldaşını təhdid və təhqir etməməsi, evinə, məktəbinə, iş yerinə, qohumlarına, tanışlarına və övladlarına yaxınlaşmamasına dair qərar çıxarmaqla kifayətlənib.

Qeyd edək ki, 7 il öncə Ünala qoşulub qaçan Özlem mart ayında boşanma ərizəsi ilə məhkəməyə müraciət edib, lakin pandemiya səbəbi ilə proses uzanıb.

Onun sözlərinə əsasən, əri ilə bir-birini uşaqlıqdan tanıyırlar. Bir ilə yaxın internet vasitəsilə danışdıqdan sonra ailə qurmaq qərarına gəliblər.

Əsgərliyə gedib qayıtdıqdan sonra içkiyə qurşanan Ünal K xəyanət etməyə, arvadını döyməyə başlayıb. Əslində onu sevmədiyini, xalası qızını sevdiyini və Özlemlə onun acığığa ailə qurduğunu deyib.

Cebhe.info


Oxunma sayı: 1684

Bizim Telegram səhifəmizi izləyin