hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8828
  • NEFT - 63.46
  • clouds-weather

Arxeologiya və Etnoqrafiya İnstitutu Qarsda tədqiqatlara başlaya bilər

Arxeologiya və Etnoqrafiya İnstitutu Qarsda tədqiqatlara başlaya bilər

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Türkiyənin Qars şəhərindəki Qafqaz Universiteti Dövlət Konservatoriyasının professoru, Türk xalq musiqisi kafedrasının müdiri, həmyerlimiz Rafiq İmranini, Qars Mədəniyyət və Sənət Dərnəyinin (Kars Kültür ve Sanat Derneği) başqanı Vedat Akçayözü və onun xanımı Gül Akçayözlə görüş keçirilib.

Bu barədə Cebhe.info-ya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun  İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova institutun apardığı tədqiqatlar barədə məlumat verib.

Professor Rafiq İmrani bildirdi ki, Türkiyənin Qars bölgəsi, xüsusilə də qədim Aninin yerləşdiyi ərazi mədəni və tarixi baxımdan Cənubi Qafqazla, xüsusilə Azərbaycanla bağlıdır. Bir çox dövlətlər bu ərazinin mədəni tarixinin araşdırılmasına maraq göstərməkdədirlər və bu baxımdan ölkəmizin elm adamlarının bu bölgədə elmi araşdırmalar aparması, Qars çevrəsinin tarixində Azərbaycan türklərinin əks olunduğu mədəni irsinin öyrənilməsi baxımından məqsədə uyğundur. Ani bölgəsinin 2016-cı ildə UNESCO-nun Ümumdünya Mədəniyyət Mirası siyahısına daxil edilməsində əməyi olmuş Qars Mədəniyyət və Sənət Dərnəyinin başqanı Vedat Akçayöz bölgənin tarixi abidələri, özünün apardığı tədqiqatlar barədə görüş iştirakçılarına geniş məlumat verdi.

Türkiyəli qonaqlarla aparılmış fikir mübadiləsində gələcəkdə Qars vilayəti və xüsusilə, Ani abidələrində aparılan tədqiqatlarda azərbaycanlı alimlərin təmsil olunması üçün Qarsdakı Xəzər Universiteti və digər elmi-tədqiqat mərkəzləri ilə  AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu arasında əməkdaşlıq barədə razılaşmanın bağlanması təklifi irəli sürüldü.

Xatirə
Cebhe.info


Oxunma sayı: 507