hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

Aşpazı kraliçanın SİRLƏRİNİ AÇIQLADI

Aşpazı kraliçanın SİRLƏRİNİ AÇIQLADI

Böyük Britaniya kraliçasının sabiq şəxsi aşpazı II Yelizavetanın ağız dadının sirlərini açıqlayıb.
Cebhe.info xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Aşpaz Darren Makqredinin sözlərinə görə, II Yelizaveta dəniz məhsullarından ən çox "krevetka" xoşlayır. "Xırda "krevetkalar" xüsusi olaraq sirli, kəskin acı yagda marinad edilir, sonra bişirilib süfrəyə verilir. Kraliça bu yeməkdən tez-tez buterbrod şəklində istifadə edir",-deyə aşpaz vurğulayıb.

Məlum olub ki, kraliça sarımsağı sevmir və onun üçün bişirilən yeməklərə sarımsaq əlavə edilmir.
Deyilənə görə, II Yelizaveta üçün bütün meyvə-tərəvəz, göyərti məhsulları kraliçaya məxsus sahələrdə becərilir.

Qeyd edək ki, aşpaz Makqredi Bukinqem Sarayındakı işinin, yüksək səviyyəli restoran və hotellərdəki işlərdən daha üstün olduğunu vurğulayıb.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 5556