hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Aşqabadda MDB Dövlət Başçılarının sammiti keçirilir

Aşqabadda MDB Dövlət Başçılarının sammiti keçirilir

Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçirilir.

Sammitdə MDB liderləri əməkdaşlığın inkişafının ən aktual problemlərini müzakirə edəcəklər. Şuranın iclası ənənəvi olaraq iki formatda - qısa və geniş şəkildə keçiriləcək.

Sammitin gündəliyinə növbəti iclasın keçirilməsi barədə qərar qəbul edilməsi, həmçinin birliyin gələcək sədrinin seçilməsi də daxildir.

Bundan başqa, sammitin yekununda bir sıra çoxtərəfli sənədlərin, o cümlədən Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi ilə əlaqədar birlik xalqlarına və dünya birliyinə müraciətin imzalanması planlaşdırılır.

Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir.

Cebhe.info


Oxunma sayı: 551