hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0009
  • NEFT - 73.03
  • clouds-weather

"AstraZeneca" 500 milyon avro cərimə oluna bilər

"AstraZeneca" 500 milyon avro cərimə oluna bilər

Brüsseldə məhkəmə "AstraZeneca" əczaçılıq şirkətinin Avropa İttifaqına 50 milyon doza vaksin tədarük etməsi barədə hökm çıxarıb.

Cebhe.info xəbər verir ki, şirkət qeyd olunan həcmdə vaksini sentyabrın 27-dək təhvil verməlidir.

Qərarın icra olunmayacağı təqdirdə, "AstraZeneca" 500 milyon avroyadək cərimə ödəməli olacaq.

Qayda pozulacağı təqdirdə cərimə hər vaksin dozası üçün 10 avroya bərabər olacaq.

Brüssel məhkəməsi "AstraZeneca"nın vaksinlərin paylanması ilə bağlı öhdəliklərini yerinə yetirmədiyini bildirib.

Cebhe.info


Oxunma sayı: 683