hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 62.84
  • clouds-weather

Astroloqdan 2 gün sonra başlayacaq yeni il proqnozu: “Aprel-avqust aylarında...” - ÖZƏL

Astroloqdan 2 gün sonra başlayacaq yeni il proqnozu: “Aprel-avqust aylarında...” - ÖZƏL

Yaz fəsli Azərbaycana martın 21-dən 22-nə keçən gecə, Bakı vaxtı ilə gecə saat 01:58:20 saniyədə daxil olacaq. 

Bu barədə Cebhe.info-ya açıqlamasında astroloq Səbuhi Rəhimli bildirib. Onun sözlərinə görə, bu, Günəşin Qoç bürcünə gürmə vaxtı ilə uyğunlaşdırılır.

Bu hesablama dünyanın ən dəqiq təqvimi olan Zərdüştilik (Avesta) təqviminə əsasən hesablanır: 

“Orta qurşağa əsaslandığı üçün həmişə eyni zamana düşür, heç bir "sürüşmə" baş vermir. Bütün hallarda Günəş Qoç bürcünə girəndən sonra  ilk gün doğuşu martın 21-nə təsadüf edir. Zərdüştilik astrologiyasına görə, yetişməkdə olan il qaranlıqların aşkara çıxması, yalanın ifşası, dünyadakı şeytani üsul-idarələrin iflasa uğradığı il kimi səciyyələndirilir”.

Konkret ölkəmizə gəlincə, astroloq bildirib ki, Azərbaycanda ən önəmli dəyişikliklər aprel-avqust aylarına təsadüf edəcək: 

“Bu dövrdə ən böyük dəyişikliklərin şahidi olacağıq. Ən əsası, növbədənkənar parlament seçkisi olmayacaq”.

Xəzər
Cebhe.info


Oxunma sayı: 4158