hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Ata “Daun” sindromlu qızını öldürüb...

Ata “Daun” sindromlu qızını öldürüb...

Avstraliyanın Cannon Hill şəhərində dəhşətli cinayət hadisəsi baş verib.

Cebhe.info xəbər verir ki, 43 yaşlı ata “Daun” sindromlu qızını boğaraq, öldürüb. Daha sonra ata qızını, beşiyinə qoyaraq evi tərk edib.

Uzun müddətdən sonra Uillov Dunn adlı qızcığazın siçavullar tərəfindən yeyilmiş cansız bədəni aşkar edilib. Hadisə yerinə polis cəlb olunub.

Qızını öldürüb tərk edən ata saxlanılıb. İlkin dindirilmə zamanı, o, qızınınn acından öldüyünü desə də, polislər cinayətin atası tərəfindən törədildiyini bildiriblər.

Belə ki, Uillovun anası onu dünyaya gətirərkən doğuş zamanı ölüb. Körpəyə ögey anası və atası tərəfindən öldürüldüyü bildirilərək, hər ikisinə istintaq işləri açılıb.

Qeyd edək ki, hadisədən sonra böyük kədər hissi keçirən və qapının önünə çiçək qoyan qonşular, ailənin bir il əvvəl köçməsinə baxmayaraq kiçik qızı heç görmədiklərini söyləyib.

Cebhe.info


Oxunma sayı: 947