hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Atambayev ailəsi çətin durumda: Həbs gözləyən sabiq birinci xanım, döyülən oğul, evi alt-üst edilən qayınata…

Atambayev ailəsi çətin durumda: Həbs gözləyən sabiq birinci xanım, döyülən oğul, evi alt-üst edilən qayınata…

Qırğızıstanda məhkəmə sabiq prezident Almazbek Atambayevi həbsdə saxlayıb.

Cebhe.info xəbər verir ki, iclas qapalı keçirilib.

Bununla yanaşı eks-prezidentin arvadı Raisa Atambayevanı da cinayət məsuliyyəti gözləyir. Sabiq birinci xanım bildirib ki, Atambayevin ailəsinə qarşı da 2 cinayət işi qaldırılıb.

Raisa Atambayeva jurnalistlərə açıqlamasında deyib ki, onun böyük oğlu vəhşicəsinə döyülüb. Seyidbek Atambayev hər gün istintaqa çağırılır.

"Böyük gəlinimin ailəsinin də evi axtarılıb. 10 milis evə girib, hər şeyi çevirib", - deyə o bildirib.

Həmçinin Atambayev ailəsinin dövlət rezidensiyasındakı mənzili möhürlənib, Atambayevlərin bank hesabları dondurulub.

Xatırladaq ki, Atambayev 8 avqustda iqamətgahında keçirilən xüsusi əməliyyatda təslim olub.

Xəzər
Cebhe.info


Oxunma sayı: 3422