hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Atambayev “qanuni oğru”nun məhkəməsinə getmədi - İMTİNA

Atambayev “qanuni oğru”nun məhkəməsinə getmədi - İMTİNA

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev "qanuni oğru" Əziz Batukayevin qanunsuz olaraq həbsdən azad edilməsinə görə keçirilən məhkəmə prosesində iştirakdan imtina edib.

Cebhe.info xəbər verir ki, bu barədə Kollp agentliyi yazıb. Xəbəri Atambayevin vəkili Sergey Slesarev təsdiqləyib.

Vəkilin sözlərinə görə, Atambayev hakimiyyətin ona təklif etdiyi oyunda iştirakdan imtina edib: "Baxmayaraq ki, məhkəməyə bu işin digər fiqurantları, o cümlədən sabiq baş prokurorlar İndira Coldubayeva və Aida Salyanova gəlib, ancaq məhkəmə prosesi 14 oktyabra təxirə salınıb".

Ancaq məsələnin maraqlı tərəfi odur ki, Atambayev hazırda istintaq təcridxanasındadır. Məhkəmə onun barəsində 26 oktyaba qədər həbs qətimkan tədbiri seçib. Təcridxanada saxlanılan şəxsin məhkəməyə aparılmamasını özü də maraq doğurur. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 1464