t Atambayev məhkəməyə getmir:QİYABİ MÜHAKİMƏ
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Atambayev məhkəməyə getmir:QİYABİ MÜHAKİMƏ

Atambayev məhkəməyə getmir:QİYABİ MÜHAKİMƏ

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev qiyabi mühakimə olunacaq. Cebhe.ifo xəbər verir ki, bu barədə Bişkekin 1 May rayon Məhkəməsi qərar qəbul edib. Sabiq prezident Atanbayev kriminal avtoritet Əziz Batukayevin qanunsuz həbsdən azad edilməsində ittiham olunur.

Məhkəmənin növbəti iclası Atambayevin saxlandığı Dövlət Təhlükəsizlik Komitəsinin təcridxanasında olub. Ancaq o, məhkəməyə etiraz olaraq özbaşına kabinti tərk edib. Vəkil Zamir Jooşevin sözlərinə görə, buna görə də eks-prezidenti qiyabi mühakimə etmək qərara alınıb. Əvvəl də qeyd olunmuşdu ki, Qırğızıstan qanunları müttəhimin həbsdə olduğu zaman bunu etməyə imkan verir. Qiyabi mühakimə məhkəmədən yayınan müttəhimlər üçün keçərli deyil.

Vəkillər məhkəmənin qərarı ilə razılaşıb və Atambayevi qiyabi müdafiə edəcəklər.

Xatırladaq ki, hazırda mühakimə olunan sabiq baş nazir Şamil Ataxanov kriminal avtoritetin Rusiya hakimiyyəti ilə razılaşma əsasında həbsdən azad edilib. Onun yerinə Qırğızıstan tərəfi sabiq prezident Kurmanbek Bakiyevin qardaşı Janış Bakiyevin ölkəyə təhvil verilməsini gözləyib. Ancaq gözlənilən baş verməyib. Əziz Batukayev azad edilsə də, Janış Bakiyev Birləşmş Ərəb Əmirliklərinə gedib.

Xəzər

Cebhe.info


Oxunma sayı: 2982