hava haqqindaBakı
Bu gün +25 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.8818
  • NEFT - 60.47
  • clouds-weather

Atambayevin tərəfdarları mitinq keçirəcəklər

Atambayevin tərəfdarları mitinq keçirəcəklər

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin ad günündə tərəfdarları mitinq keçirmək barədə qərar veriblər.

Atambayevin tərəfdarları sentyabrın 17-də mitinq çağırışı ilə "Facebook" səhifəsində çıxış ediblər.

Dinc aksiya keçirmək barədə Bişkek meriyasına məlumat verildiyi də qeyd edilib. Mitinqdə Atambayevə təbrik və arzuları yazılı qəbul etmək üçün xüsusi məntəqə yaradılacağı bildirilib.

Trend xatırladır ki, avqustun 7-i axşam saatlarında Almazbek Atambayevin saxlanması üçün xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı baş vermiş atışma nəticəsində 100-ə yaxın şəxs yaralanıb, bir neçə xüsusi təyinatlı sabiq prezidentin tərəfdarları tərəfindən girov götürülüb.

Avqustun 8-i A.Atambayev saxlanılıb. Sabiq prezidentə qarşı korrupsiya ittihamları irəli sürülüb.

Qırğızıstanın Bişkek şəhər məhkəməsi sabiq prezident Almazbek Atambayev haqqında həbs-qətimkan tədbiri qərarını qüvvədə saxlayıb.

A.Atambayev avqustun 26-dək həbsdə qalacaq.

Cebhe.info


Oxunma sayı: 342