hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Atatürkün heykəli təhqir olundu: Türkiyə Vaşinqtonda araşdırmaya başladı

Atatürkün heykəli təhqir olundu: Türkiyə Vaşinqtonda araşdırmaya başladı

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Vaşinqtondakı səfirliyinin önündə Mustafa Kamal Atatürkün heykəlinin təhqir olunması ilə bağlı sərt mövqe bildirib.

Türkiyə XİN-in sözcüsü Hami Aksoy APA-nın yerli bürosuna verdiyi məlumatda bildirib ki, dünya tarixində müstəsna mövqeyi olan Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün heykəli üzərinə əski parçası asmaq kimi çirkin bir hərəkət ulu öndərin əziz xatirəsinə və şanlı türk tarixinə heç bir xələl gətirə bilməz:

“Bu mənfur hərəkətin günahkarlarının tapılıb cəzalandırılması üçün Vaşinqtondakı səfirliyimiz ABŞ hakimiyyəti ilə birlikdə lazımi fəaliyyətə başlayıb”.

Cebhe.info


Oxunma sayı: 2311