hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Atletimiz Avropa çempionatında gümüş medal qazandı

Atletimiz Avropa çempionatında gümüş medal qazandı

Azərbaycan atleti Nazim Babayev növbəti nailiyyətə imza atıb.

Unikal.org xəbər verir ki, Babayev İsveçin Qavle şəhərində 23 yaşadək atletlər arasında keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

İyirmi iki yaşlı idmançı 3 təkanla 17,03 metr uzununa tullanıb. Qızıl medalı 17,37 metr nəticə ilə türkiyəli Necati Ər əldə edib. Bürünc medala 16,95 metr göstərici ilə italiyalı Andrea Dallavalle yiyələnib.

Qeyd edək ki, Nazim Babayev iyulun 10-da İtaliyanın Neapol şəhərindəki XXX Yay Universiadasında, martın 4-də isə Şotlandiyanın Qlazqo şəhərində qapalı manejdə Avropa çempionatında qızıl medal qazanıb.

Cebhe.info


Oxunma sayı: 1508