hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Avqustun 5-dən sonra sərt karantin rejimilə bağlı vəziyyət necə olacaq? - AÇIQLAMA

Avqustun 5-dən sonra sərt karantin rejimilə bağlı vəziyyət necə olacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycanda 14 şəhər və rayonda tədbiq edilən sərt karantin rejiminin avqustun 5-də bitməsi nəzərdə tutulur.

Lakin uzadılması ilə bağlı ehtimallar da var.

Avqustun 5-dən sonra sərt karantin rejimi yumşaldıla və ya uzadıla bilərmi?

BiG.AZ-ın verdiyi xəbərə görə, bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, hazırlıqlı olaraq karantin rejimi yumşaldılsa və vətəndaşlar tərəfindən qoyulan qaydalara əməl edilsə mövcud vəziyyətdən çıxa bilərik:

"Bunun üçün də mütləq şəkildə təlimatlar hazırlanmalıdır. Karantin rejimi yumşaldıqca insanların qaydalara əməl etməsi mütləqdir. Qapalı məkanlarda maskadan istifadə, sosial məsafənin qorunması, əllərin mütəmadı olaraq dezinfeksiya edilməsi vacibdir. Ticarət mərkəzləri, kafe və restoranlar açıldıqdan sonra təhsil məsələsinə baxmaq lazımdır. Payızda ikinci dalğa olmasa, vəziyyət yaxşılaşmağa doğru gedərsə, virusun zəifləməsi baş verərsə təhsilin normal qayda bərpası mümkündür. Bunun üçün də müəyyən qərarlar verilməli, qaydalar hazırlanmalıdır. İstər Ümumdünya Səhiyyə Təşkilatı, istərsə də digər qurumlar payızda hansı vəziyyətin yaranacağını deyə bilmir. Bəzi qərarlar vəziyyətə uyğun verilməlidir. Amma indiki zamanda işin gedişatına uyğun olaraq qaydalar hazırlanıb, sərt karantin rejimində müəyyən yumşalmalara gedilməlidir. Əhalinin qoyulan qaydalara əməl etməsi şərti ilə çölə çıxmasına şərait yaradılmalıdır".

Cebhe.info


Oxunma sayı: 5215