hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

AVRO-2020: Azərbaycan Slovakiyaya böyükhesabla məğlub olub

AVRO-2020: Azərbaycan Slovakiyaya böyükhesabla məğlub olub

İyunun 11-də futbol üzrə Azərbaycan millisi "Avro 2020"nin seçmə mərhələsi çərçivəsində Slovakiya yığması ilə qarşılaşıb.

Cebhe.info məlumatına görə, "E" qrupu çərçivəsində "Bakcell Arena"da keçirilən oyun qonaq komandanın 5:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesab 8-ci dəqiqədə Macarıstan millisinin futbolçusu Stanislav Lobotkanın vurduğu qolla açılıb. Görüşdəki ikinci qolu da slovaklar vurub. 27-ci dəqiqədə Yuray Kuçka fərqlənib. Milimizin yeganə qolunu oyunun 29-cu dəqiqəsində Ramil Şeydayev vurub.

Qoldan bir dəqiqə sonra Slovakiyanın kapitanı Marek Hamşik fərqi yenidən artırıb. Slovakiyanın kapitanı 57-ci dəqiqədən komandanın 4-cü qolunu vurub.

85-ci dəqiqə David Hançko Azərbaycan millisinin qapısından 5-ci qolu keçirib.

Cebhe.info


Oxunma sayı: 1057