hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

AVRO-2020-yə vəsiqə qazanan komandaların sayı

AVRO-2020-yə vəsiqə qazanan komandaların sayı

AVRO-2020-yə vəsiqə qazanan daha iki milli komandanın adına aydınlıq gəlib.

Virtualaz.org bildirir ki, D qrupunda iki xoşbəxt komanda İsveçrə və Danimarka milliləri olub.

İsveçrə səfərdə Cəbəlüttariqi 6:1 hesabı ilə darmadağın edib. Danimarka isə Dublin səfərində İrlandiya ilə 1:1 oynayaraq bu nəticəyə nail olub. Bununla da İsveçrə 17 xalla qrup lideri, Danimarka isə 16 xalla ikinci kimi AVRO-2020-yə vəsiqə qazanıb.

Sabah (Bakı vaxtı ilə təxminən 01:50) isə seçmə mərhələ vasitəsilə Avropa çempionatına vəsiqə qazanan son qalibin adına aydınlıq gələcək. Millimizin yer aldığı E qrupunda ikinci yerə vəsiqəyə üç namizəd var. Bunlar Macarıstan, Uels və Slovakiya yığmalarıdır.

Qeyd edək ki, indiyədək 19 komanda Avro-2020-yə vəsiqə qazanıb. Bunlar İngiltərə, Çexiya, Portuqaliya, Ukrayna, Hollandiya, Almaniya, İsveçrə, Danimarka, Xorvatiya, İspaniya, İsveç, Polşa, Avstriya, Fransa, Türkiyə, Belçika, Rusiya, İtaliya və Finlandiya yığmalarıdır.

Cebhe.info


Oxunma sayı: 628