hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Avropa Bankından qaz alacaq şirkətlərlə bağlı qərar

Avropa Bankından qaz alacaq şirkətlərlə bağlı qərar

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "Naftoqaz"ın qaz alacağı şirkətlər barədə qərar qəbul edib.

Cebhe.info xəbər verir ki, bu barədə Ukrayna şirkətinin mətbuat xidmətindən bildirilib. Qeyd olunduğu kimi tenderdə iştirak edən şirkətlər Çexiya, İsveçrə, Böyük Britaniya, Almaniya və Fransada qeydiyyata alınıb. Razılaşmalara görə, AYİB "Naftoqaz" avrobondlarını 120 milyon avroya geri alıb, bu məbləğdən yalnız Avropa Birliyinin tender prosedurlarına uyğun olaraq qaz almaq üçün istifadə edilə bilər. Bundan əvvəl Ukrayna şirkəti əlavə həcmdə qaz almaq üçün 1 milyard dollar dəyərində avrobondlar buraxmışdı. Sonradan, AYİB tərəfindən alınan 120 milyon avro dəyərində avrobondlar buraxıldı. 

Sentyabr ayında "Naftoqaz" beynəlxalq bir treyderlə 2020-ci ilin ilk rübündə 450 milyon kubmetr qaz almağa razılıq verib. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 485