hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

Avropa Birliyi Türkiyəni HƏDƏLƏDİ

Avropa Birliyi Türkiyəni HƏDƏLƏDİ

Avropa Birliyi Türkiyənin Şərqi Aralıq dənizindəki qazma fəaliyyəti ilə əlaqədar atacağı addımları əks etdirən bildiriş yayınlayıb.

Cebhe.info xəbər verir ki, Avropa Birliyi Kipr sahillərindəki qazma əməliyyatı səbəbilə Türkiyə ilə hərtərəfli hava nəqliyyatı müqaviləsi ilə bağlı danışıqları dayandırmaq, yüksək səviyyəli dialoqu təxirə salmaq qərarı alıb. Eyni zamanda AB Türkiyəyə edilən yardımların 2020-ci ildən etibarən dayandırmağı qərarlaşdırıb. Bununla yanaşı Avropa İnvestisiya Bankına Türkiyəyə verilən kreditlərin təkrar gözdən keçirilməsinin vacibliyi bildirilib.

Qeyd edək ki, bildiriş bu gün Avropa Birliyinə üzv ölkələrin səfirlərinin iştirak edəcəyi iclasa təqdim olunacaq. Bazar ertəsi isə AB xarici işlər nazirlərinin iclasında müzakirə ediləcək. Əgər bildiriş qəbul olunsa icraya yönəldiləcək. Qeyd edək ki, AB-nin bildirişində Türkiyənin qazma fəaliyyətini davam etdirəcəyi təqdirdə daha sərt tədbirlərin görüləcəyi vurğulanıb.

Səyad Həsənli

Cebhe.info


Oxunma sayı: 947