hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Avropa çempionatı: Taekvandoçumuz medal qazanıb

Avropa çempionatı: Taekvandoçumuz medal qazanıb

Azərbaycan taekvandoçusu Minayə Əkbərova Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında yarımfinala yüksəlib.

Məlumata görə, 46 kq-da mübarizə aparan idmançı 1/4 finalda bolqarıstanlı Qabriele Katsarovaya qalib gələrək, növbəti raunda vəsiqə qazanıb. Görüşün əsas vaxtı heç-heçə başa çatıb - 2:2. Əlavə vaxtda 2:0 hesablı qələbə qazanan taekvandoçu ən azı bürünc medalı özü üçün təmin edib.

Əkbərova yarımfinalda rusiyalı Larisa Medvedeva ilə qarşılaşacaq.

Qeyd edək ki, Minayə Əkbərova 1/8 finalda Almaniya təmsilçisi Özlem Gürüzü mübarizədən kənarlaşdırıb/Report.

Cebhe.info


Oxunma sayı: 386