hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Avropa İttifaqı missiyasına sosial islahatlar barədə məlumat verilib

Avropa İttifaqı missiyasına sosial islahatlar barədə məlumat verilib

Avropa İttifaqının (Aİ) Azərbaycan üzrə “2021-2027-ci illər üçün Çoxillik İndikativ Proqramlaşdırmanın aparılması prosesi ilə bağlı” missiyası ilə onlayn görüş olub.

Cebhe.info-nun xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov sosial cəhətdən həssas əhali qruplarına qayğının artırılması sahəsində ölkəmizdə atılan addımları diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə məlumat verib.

Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasının, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının formalaşdırılmasının həmin prioritetlər sırasında olduğunu deyib.

A.Kərimov DOST konsepsiyası, sosial təminat sisteminin aztəminatlı, həssas əhali qruplarına əlçatanlığının artırılması üçün aparılan islahatlardan bəhs edib. Sosial xidmət və reabilitasiya infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.

Missiyanın rəhbəri Vassilis Maraqos, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və digər missiya üzvləri ölkəmizdə aparılan sosial islahatlarla bağlı fikirlərini ifadə ediblər.

Görüşdə qeyd olunan proqramlaşdırma və əməkdaşlıq üçün üstünlük verilən istiqamətlərə dair fikir mübadilələri aparılıb.

Cebhe.info


Oxunma sayı: 793