hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Avropa İttifaqının yeni hərbi doktrinası: Kim dost, kim düşmən?

Avropa İttifaqının yeni hərbi doktrinası: Kim dost, kim düşmən?

Avropa İttifaqının (Aİ) yeni hərbi doktrinası – “Aİ-nin strateji kompası” hazırlanır.

Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel "Twitter"də bildirib.

“Bu gün Aİ-yə üzv ölkələrin müdafiə nazirləri Aİ-nin daha necə güclü təhlükəsizlik təminatçısı ola biləcəyini müzakirə edirlər. “Strateji kompas” bu məqsədə çatmaq üçün əsas elementdir”, - deyə Cozep Borrel qeyd edib.

Maraqlıdır, yeni hərbi doktrinanın hazırlanması hansı zərurətdən doğur? Bu hansı problemlərə səbəb ola bilər?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, hər bir ölkənin hərbi doktrinası fərqli formada olur:

“Hərbi doktrinaların ortaq istiqaməti var. Bu istiqamət ölkələrin hərbi sahədə inkişafından sonra regional hərbi və dünyadakı hərbi situasiyanı özündə əsk etdirir. Həmçinin hərbi doktrinada vəməkdaşlıq edəcək ölkələrlə bağlı müəyyən qeydlər olur. Yəni deyək ki, əgər Azərbaycanın hərbi doktrinası hazırlanarsa, təbii ki, burada birmənalı olaraq əməkdaşlıq etdiyi, mütəffiq olduğu ölkələrlə bağlı müəyyən məqamlar qeyd olunur”.

Ekspert qeyd edib ki, hərbi doktrinalarada gələcəyə yönəlik məqamlar o doktrinada əks olunur:

“Deyək ki, ölkə gələcəkdə hərbi sahədə hansı yenilikləri etməlidir, hərbi və hərbi sənaye sahəsinin hansı sahələrinə diqqəti artırmalıdır. Həmçinin bu sahədə hansı ölkələrlə əməkdaşlıq etsə, daha doğru olar. Konkret olaraq birmənlaı şəkildə bu məsələ ilə bağlı fikir söyləmək olmur. Konkret olaraq burada bu əks olunmalıdır, burada bu əks olunmalıdır demək olmur. Hər ölkənin özünəməxsus formada hərbi doktrinası var. Hərbi doktrina müəyyən bir tezislər üzərində hazırlanan sənəddir”.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 837

Bizim Telegram səhifəmizi izləyin