hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Avropa öz ordusunu yaradır: Hədəfdə Rusiya, yoxsa ABŞ var? - RƏYLƏR

Avropa öz ordusunu yaradır: Hədəfdə Rusiya, yoxsa ABŞ var? - RƏYLƏR

Avropa Komissiyası İttifaqın operativ silahlı qüvvələrinin yaradılması barədə təklif hazırlayıb.

Cebhe.info xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə nümayəndəsi Jozep Borrel məlumat verib.

“Biz daha hazırlıqlı olmalıyıq.

Bu səbəbdən də fövqəladə hallar zamanı operativ reaksiya göstərə bilən silahlı bölmələrin yaradılmasına ideyasına qayıtmışıq”, - deyə o bildirib.

Qeyd olunub ki, operativ silahlı qüvvələrinin yaradılması təklifi Aİ müdafiə nazirlərinin iclası zamanı əsas müzakirə mövzularından biri olub. Nazirlər beş min nəfərlik silahlı bölmənin formalaşdırılması ideyası ətrafında fikir mübadiləsi aparıblar.

Hazırda bu təklifin 14 Avropa dövləti, o cümlədən də Almaniya və Fransa tərəfindən dəstəkləndiyi bildirilib.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan politoloq Natiq Mirinin fikrincə, Avropa Birliyi həm iqtisadı, həm də siyasi məkanda öz təhlükəsizliyini müstəqil şəkildə təmin etmək istəyindədir:

“Bildiyiniz kimi, post- pandemiyadan sonra yeni bir düzən yaranmaqdadır. Bu konteksdə əlbəttə ki, Avropa Birliyi də həm iqtisadı, həm də siyasi məkanda öz təhlükəsizliyini müstəqil şəkildə təmin etmək istəyindədir. Bu məsələ artıq çox uzun müddətdir ki Avropa Birliyi məkanında müzakirə obyektinə çevrilib. Əlbəttə, burada əsas məqsəd getdikcə güclənən və dünya hegemonyasına iddiası olan Çin kimi dövlətlərə qarşı təhlükəsizliyini təmin etməkdən ibarətdir. İkinicisi, Rusiya hələ də Şərqi və Şimali Avropa ölkələrinə təhlükə olaraq qalır. Bu konteksdə Avropanın öz müstəqil qaydada ordusunu yaratmağa ehtiyac var. Bunun üçün ilk olaraq kiçik bir ordudan söhbət gedir. Gələcək prespektivdə görünür, bu ordunun daha da böyüdülməsi və güclü ordulardan birinə çevrilməsinə planı mövcuddur”.

O bildirib ki, Avropanın belə bir addım atmasının başqa bir səbəbi ABŞ-ın təsir dairəsini tədricən uzaqlaşmaq istəyidir:

“Doğrudur, NATO-da Avropa ölkələrinin bir çoxu var. Bilirik ki, NATO-nun mərkəzi sayılacaq ölkə ABŞ-dır. Buna görə NATO-da Avropa Birliyi ölkələri olsa da, ABŞ-dan müstəqil bir ordu yaratmaq istəyi də var”.

Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə nümayəndəsi Jozep Borrelin çıxışına şərh verən Qabil Hüseynli isə düşünür ki, bu proses çox çətin olacaq:

“Bu, çoxdandır ki, Avropa Birliyi ölkələri arasında gündəmdədir. Ən azı 30 ildir bu ideya gündəmdədir. Bu ideyanın qızğın tərəfdarı Fransadır. Almanyada artıq bu işə qol qoyub. Uzun müddətdir ki, təşəbbüslər olsa da, bunu həyata keçirə bilmirlər. Belə görünür ki, indi qərarlıdırlar və Amerikanın təzyiqlərinə alternativ yaratmaq istəyirlər. Bu məsələ Amerika ilə əlaqələrin pisliyindən irəli gəlmir. Son dövrlərdə Rusiyanın Avropaya qarşı aqressiv addımları da onları belə bir fikri reallaşdırmağa məcbur edir. Birləşmiş Avropa Ordusu yaranarsa, NATO-nun taleyinin necə olacağı haqda fikir bildirmək çətindir. NATO-nun xərclərinin çoxunu onsuz da Amerika çəkirdi. İndi Birləşmiş Avropa Ordusu yaranarsa, NATO-nun taleyində ciddi problemlər yaranacaq. Hər halda bu ordunu yaratmaq çox çətin olacaq və yaxud mümkün olmayacaq. Bu ordunun yaranması qərb hərbi birliyini dağıda bilər”.

Əbülfət Baxşəli
Cebhe.info


Oxunma sayı: 6227