hava haqqindaBakı
Bu gün +33 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0246
  • NEFT - 75.08
  • clouds-weather

Avropa Parlamenti COVID-19 sertifikatına “yaşıl işıq” yandırdı

Avropa Parlamenti COVID-19 sertifikatına “yaşıl işıq” yandırdı

Avropa İttifaqı səyahətləri asanlaşdıracaq rəqəmsal “COVID-19 vaksin sertifikatı”na “yaşıl işıq” yandırdı.

Sənədə test və peyvənd məlumatlarından əlavə, xəstəliyi keçirənlərin antikor səviyyələri də daxil ediləcək.

Cebhe.info xəbər verir ki, Avropa Parlamentində (AP) keçirilən səsvermədə, Avropa İttifaqı (AB) ölkələrində etibarlı olacaq “COVID-19 vaksin sertifikatı”nın istifadəsi səs çoxluğu ilə qəbul edilib.

Üzv dövlətlərin təsdiqindən sonra 1 iyulda qüvvəyə minməsi gözlənilən bu tətbiqetmə Aİ daxilində səyahətləri yenidən asanlaşdırmaq məqsədi daşıyır.

"Peyvənd identifikatoru" da adlandırılan rəqəmsal sertifikatda insanların hansı peyvənd aldığı, koronavirus testlərinin nəticələri və COVID-19-a yoluxanların xəstəlikdən xilas olduqlarını sübut edən məlumatlar olacaq.

Alman Xristian Demokratik Birliyi (CDU) partiyasının Avropa Parlament üzvü Peter Liese, istifadəsi üçün təsdiqlənmiş sertifikatın bu yayın ən vacib amili olacağını söyləyib:
"Bu şəkildə, səyahət dalğasının keçən il olduğu kimi yeni bir infeksiya dalğasına yol açmayacağını zəmanət verə biləcəyik”.
Aİ Komissiyası Ədalət komissarı Didier Reynders, sertifikatın Aİ vətəndaşlarının hərəkət azadlığını bərpa edəcəyinə diqqət çəkib. Aİ ölkələrində hələ qüvvəyə minməsə də, sertifikatlar hazırlanmağa başlanılıb. Aİ Komissiyasının verdiyi məlumata görə, təxminən 1 milyon Aİ vətəndaşı artıq “COVID-19 vaksin sertifikatı”nı alıb.

Sertifikatda Avropa Dərman Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş peyvəndlər olacaq. Bu peyvəndlər hazırda “BioNTech/Pfizer”, “Moderna”, “AstraZeneca” və “ Johnson & Johnson”dur.

Rusiyanın “Sputnik V” və Çinin “Sinovac” şirkəti tərəfindən istehsal olunan “CoronaVac” peyvəndləri Avropada istifadə üçün icazə almaq üçün EMA-ya müraciət edib. Bu iki aşı üçün qiymətləndirmə prosesi davam edir.

"Korona testləri pulsuz olsun"

AP-nin iclasında bir çox millət vəkili peyvənd olan və bunun üçün növbədə gözləyənlər arasında heç bir ayrıseçkilik olmaması üçün “korona” testlərinin pulsuz olmasını tələb ediblər. Bu tələblə bağlı heç bir qərar verilməyib. Bununla yanaşı Aİ Komissiyası əvvəllər testlərin maliyyələşdirilməsi üçün 100 milyon avro ayırdığını elan etmişdi.

Nigar
Cebhe.info


Oxunma sayı: 1046