hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Avropa Parlamentində xarici siyasət və təhlükəsizlik məsələləri üzrə illik hesabat müzakirə olunur

Avropa Parlamentində xarici siyasət və təhlükəsizlik məsələləri üzrə illik hesabat müzakirə olunur

Avropa Parlamentinin plenar iclasında xarici siyasət və təhlükəsizlik məsələləri üzrə illik hesabat müzakirə olunur.

APA-nın xəbərinə görə, hesabat Avropa Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsi tərəfindən hazırlanıb və komitənin sədri Mak Allister tərəfindən müzakirəyə təqdim olunub.

Avropa Komissiyasının 2021-ci ildə xarici siyasət və təhlükəsizlik istiqamətində fəaliyyəti üçün əsas prioritetləri müəyyənləşdirən hesabat Avropa hökumətinə tövsiyə xarakteri daşıyır.

Bu hesabatda "Şərq Tərəfdaşlığı" ölkələri ilə bağlı ayrıca fəsil var və bu fəsildə "Şərq Tərəfdaşlığı" ölkələrində mövcud problemlərin həlli ilə bağlı Aİ-nin mövqeyinə dair müddəalar qeyd olunub.

Müvafiq hesabat layihəsinin 23-cü bəndində "Şərq Tərəfdaşlığı"na daxil olan ölkələrin suverenliyinə, müstəqilliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına Aİ tərəfindən dəstək verilməsinin vacibliyi vurğulanıb. 24-cü bənddə 9 noyabr 2020-ci ildə Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı birgə Bəyanat əsasında atəşkəsə nail olunması alqışlanır.

Avropa Parlamenti münaqişə zonasında status-kvonun sülh yolu ilə deyil, hərbi əməliyyatlar vasitəsilə dəyişdirilməsindən təəssüf etdiyini bildirir, sülh prosesini ATƏT-in Minsk Qrupu formatında davam etdirməyə çağırır. Hesabatda Avropa Parlamenti hər iki tərəfdən mülki şəxslərin ölümünə səbəb olan hadisələri qətiyyətlə pisləyir, qaçqın və məcburi köçkünlərin öz yerlərinə qayıtması üçün zəruri şərait yaradılmasını, müharibə cinayətləri barədə səsləndirilən iddiaların araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edir.

Avropa Parlamenti hesabatda Aİ hökumətini münaqişənin həllində daha fəal mövqe nümayiş etdirməyə və regionun taleyini başqa güclərin ixtiyarına buraxmamağa çağırıb. Hesabat layihəsi hazırda müzakirə olunur və yaxın saatlarda səsverməyə çıxarılacaq.

Cebhe.info


Oxunma sayı: 397