t Avropa Parlamentindən Rusiyaya İTTİHAM
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0275
  • EURO - 1.8840
  • NEFT - 62.65
  • clouds-weather

Avropa Parlamentindən Rusiyaya İTTİHAM

Avropa Parlamentindən Rusiyaya İTTİHAM

Avropa Parlamenti Rusiyanı II Dünya Müharibəsinin tarixini təhrif etməkdə günahlandırıb. 

Cebhe.info xəbər verir ki, bu ittihamla Avropa Parlamentinin üzvü Manfred Veber çıxış edib.

Veber deyib ki, Rusiya Prezidenti Vladimir Putinin tarix yazmaq cəhdlərini qəbul edə bilmirlər:

“Sovet İttifaqı müharibə zamanı çox böyük itki vermiş və əsgərləri qəhrəmanlıq göstərsələr də, “Molotov-Ribbentrop” paktının II Dünya Müharibəsinin başlamasına səbəb olduğunu inkar etmək olmaz".

Bundan əvvəl ABŞ-ın Polşadakı səfiri Corcet Mokbakser II Dünya Müharibəsinin səbəbləri barədə danışmışdı. 

Onun sözlərinə görə, II Dünya Müharibəsini başlamağa razılıq verən Hitler və Stalin idi. 

O, Polşanın bu münaqişənin qurbanı olduğunu qeyd edib.

Qeyd edək ki, yanvarın 15-də Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə qələbə ilə bağlı həqiqətləri qorumaq lazım olduğuna dair mesaj vermişdi.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 485