hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.8816
  • NEFT - 57.98
  • clouds-weather

Avropada ABŞ raketləri olmayacaq - SƏFİR

Avropada ABŞ raketləri olmayacaq - SƏFİR

ABŞ Avropada yaxın və ortamənzilli raketlər yerləşdirməyəcək. 

Cebhe.info xəbər verir ki, bu barədə ABŞ səfiri Con Hantsman deyib:

"Rusiya rəhbərliyi ilə görüşdə bu məsələ müzakirə olunmayıb. Əgər hətta bu silahlar tələb olunarsa, onlar ilk növbədə Asiya və Sakit Oken regionunda yerləşdiriləcək". 

Xatırladaq ki, bundan əvvəl ABŞ müdafiə naziri Mark Esper raketlərin Asiya regionunda yerləşdirilməsi mümkünlüyünü bildirmişdi.

2 avqustda isə bəlli olub ki, ABŞ Rusiya ilə 1987-ci ildə bağlanan müqavilənin şərtinə zidd olaraq yer bazalı qeyri-nüvə raketlərinin hazırlamağa başlayıb.  

Xəzər
Cebhe.info


Oxunma sayı: 782