hava haqqinda Bakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0262
  • EURO - 1.9056
  • NEFT - $ 72.38
  • clouds-weather

Avropadan yeni sanksiya gəlir

Avropadan yeni sanksiya gəlir

Avropa Birliyi böyükmiqyaslı kiberhücumla bağlı sanksiya tətbiqinə dair xüsusi mexanizm hazırlayıb. 

Cebhe.info xəbər verir ki, beləliklə həm Avropa Birliyi ölkələrinin, həm də  kiberhücumu gerçəkləşdirən üçüncü ölkənin bu cəhdinin qarşısı alınacaq.

17 mayda birliyin rəsmi saytında bu barədə bəyanat yerləşdirilib. Qeyd olunub ki, söhbət üçüncü ölkələr və ya beynəlxaq təşkilatlara olan genişmiqyaslı hücumlardan gedir. Həmçinin Avropa Birliyinin fəaliyyətinə təsir edə biləcək istənilən kiberhücuma qarşı tədbirlər görüləcək. 

İlk növbədə sanksiya AB-yə üzv olmayan ölkələrə şamil olunacaq. Həmçinin AB-dən kənarda fəaliyyət göstərən təşkilatlar da buna cəhd edəcəkləri təqdirdə onlara qarşı da sanksiya tətbiqi nəzərdə tutulur.

Xatırladaq ki, 23-26 mayda Avropa Parlamentinə seçki keçiriləcək. AB rəsmiləri seçkiyə müdaxilə ehtimalını yüksək qiymətləndirib. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 331