hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Avropanı parçalayan siyasət: KİMƏ XİDMƏT EDİR?

Avropanı parçalayan siyasət: KİMƏ XİDMƏT EDİR?

Avropa İttifaqı dağılmaq təhlükəsi ilə üz-üzə qalıb.

Belə bir qənaətə “YouGov” beynəlxalq sosiologiya xidmətinin keçirdiyi ictimai rəy sorğusundan sonra gəlinib. Beynəlxalq Münasibətlər üzrə Avropa Şurasının analitik mərkəzinin sifarişi ilə keçirilən tədqiqatın nəticələrinə əsasən, Fransa, Almaniya, Belçika, İtaliya, Niderland, Avstriya, Slovakiya, Rumıniya, Yunanıstan, Çexiya və Polşada rəyi soruşulan insanların 50 faizdən çoxu yaxın 10-20 ildə Avropa İttifaqının dağılmasının real olduğunu bildirib.

Avropa Parlamentində 80 faiz yerə sahib 14 ölkədə keçirilən sorğunun müəllifləri qeyd edirlər ki, Fransada respondentlərin 58 faizi müvafiq fikirdədir. Slovakiyada isə avroskeptiklərin sayı 66 faiz olub. Yalnız 3 ölkədə - İsveç, Danimarka və İspaniyada bədbin perspektivi proqnozlaşdıran insanların sayı respondentlərin yarıdan azını təşkil edib - müvafiq olaraq 44, 41 və 40 faiz. Qeyd edək ki, Avropa İttifaqı ilə başda Amerika Birləşmiş Ştatları (ABŞ) olmaqla, bir sıra dünya güclərinin münasibətlərində gərginlik artan xətlə davam edir. Fransa prezidenti Emanuel Makronun Avropanın “Vahid Ordu”su haqqında fikirlərindən sonra Avropa İttifaqı ilə ABŞ arasında münasibətlər daha da gərginləşdi. Bununla yanaşı, Avropanın ən böyük dövlətlərindən olan Böyük Britaniya artıq Avropa İttifaqından çıxmaq ərəfəsindədir. “Brexit” qərarı verən Böyük Britaniya hələ İttifaqı tərk etməsə də, proses bu istiqamətdə irəliləyir. Böyük Britaniyanın bu qərarından sonra da Avropa İttifaqının dağılması məsələsi gündəmə gəlmişdi. Amma sonradan bu məsələdə gündəmdən çıxdı.

Son yayılan məlumatdan sonra Avropa İttifaqının dağılma ehtimalının yenidən gündəmə gəlməsi bu prosesin yaxın gələcəkdə baş tutacağı ehtimalını artırır.

Maraqlıdır, Avropa İttifaqının dağılmasında hansı güclər maraqlıdırə Ümumiyyətlə, Avropa İttifaqının dağılması kimə lazımdırə

Avropa İttifaqının dağılması məsələsinə münasibət bildiriən politoloq Fikrət Sadıqov “Cümhuriyət” qəzetinə şərhində Aİ-nin yaxın gələcəkdə institut kimi zəifləyəcəyini deyib:

“Son zamanlar belə bir proqnozlar səslənir ki, Rusiya, Avropa İttifaqı dağılacaq. Bu artıq tendensiya halını alıb. Sağçıların hakimiyyətə gəlməsini də buna misal olaraq göstərirlər. Rəsmi Moskvanın Qərb siyasəti, milli azlıqlara qarşı mövqeyi də Rusiyanın dağılmasının səbəbi kimi qiymətləndirilir. Çox güman ki, belə bir siyasət əlbəttə, Avropa ölkələrinin zəifləməsinə gətirib çıxara bilər. Məsələn, Böyük Britaniya “Brexit” formatındadır. “Brexit” qüvvəyə minən kimi, artıq Böyük Britaniya dağılmalıdır. Bunu artıq faktlar deyir. Şotlandiya artıq bəyan edilib ki, Böyük Britaniya Avropa Birliyindən çıxarsa, onların tərkibindən ayrılacaq. Belə bir bəyanatı Şimali İrlandiya rəhbərliyi də səsləndirib. Onlar da İrandiya Respublikası ilə birləşməyə hazır olduqlarını bəyan edib. Əgər bunlar baş verərsə, o, zaman Böyük Britaniyadan heç nə qalmayacaq. Həmin tendensiyalar digər Avropa ölkələrində mövcuddur. Macarıstanda, ümumiyyətlə, Şərqi Avropada, Avstriya, İtaliyada sağçılar hakimiyyətə gəlib, onlar Brüsselin apardığı siyasətə narazılıq edirlər. Miqrant siyasətindən narazıdırlar. Amma düşünmürəm ki, yaxın gələcəkdə Avropa İttifaqı tam olaraq dağılsın. Çünki hələlik Avropa İttifaqının nüvə gücü baxımından potensialı kifayət qədər möhkəmdir. Amma Avropa İttifaqının dağılmasına səbəb olacaq proseslər daha da sürətlənə bilər. Nəticədə Avropa İttifaqı bir institut kimi zəifləyərək yoxa çıxacaq”.

F.Sadıqov hesab edir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Avropa İttifaqının dağılmasında maraqlı ola bilər:

“ABŞ indi də Avropa İttifaqı ilə qarşıdurma formatındadır. Bir çox məsələlərdə onların mövqeyi üst-üstə düşmür. İrana qarşı ABŞ-ın sərt siyasəti, sanksiyaların tətbiqi məsələsində Avropa İttifaqı ilə ziddiyyətli mövqedədir. Hesab edirəm ki, Tramp hakimiyyəti dövründə bu kimi ziddiyyət güclənəcək, uçurum daha da dərinləşəcək. Çünki əgər Avropada Makronun dediyi kimi, vahid hərbi güc mərkəzinin yaradılması fikri varsa, bu, ABŞ-la münasibətlərə çox mənfi təsir edəcək. Bu proseslərin başlanğıcını isə artıq biz görürük”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 1376