hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Avropanın məşhur klublarının nümayəndələri 20 Yanvar qurbanlarını anıb

Avropanın məşhur klublarının nümayəndələri 20 Yanvar qurbanlarını anıb

Bu gün Avropa Klublar Birliyi işçi Qrupunun iclası keçirilib.

Cebhe.info xəbər verir ki, işçi qrupunun sədr müavini, "Qarabağ"ın baş meneceri Asif Əsgərov da iclasda iştirak edib.

İclasın bu günə təsadüf etməsi səbəbindən, A.Əsgərovun təşəbbüsü ilə 20 Yanvar hadisələri haqqında qrup üzvlərinə qısa məlumat verilib və faciə qurbanları iştirakçılar tərəfindən anılıb.

Xatırladaq ki, İşçi qrupunda "Barselona", "Borussiya" (Dortmund), "Bayer", "Yuventus", "Real", "Lester Siti", "Ayaks", "Tottenhem", "Mançester Yunayted" və digər məşhur klubların nümayəndələri təmsil olunurlar.

Naibə
Cebhe.info


Oxunma sayı: 903