hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Avropaya "qanlı" yağışlar yağacaq

Avropaya "qanlı" yağışlar yağacaq

Rusiya Hidrometeoroloji Mərkəzinin elmi rəhbəri Roman Vilfand Avropaya "qanlı" yağışlar yağacağını ehtimal edir.

Cebhe.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Vilfand Avropaya tezliklə qırmızı rəngdə yağışların yağacağını deyib.

Bu qeyri-adi təbiət hadisəsinə səbəb Saxara səhrasından tozların hava kütləsi tərəfindən gətirilməsidir.

"Bu fenomen İspaniyada, Fransanın cənubunda və Aralıq dənizi sahillərində müşahidə olunacaq. Bu ərazilərdə yaşayan sakinlər sabaha qədər qeyri-adi təbiət hadisəsinin şahidi olacaqlar", - deyə Vilfand bildirib.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 1255