hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Avrozonada işsizlik artıb, iqtisadiyyat kiçilib

Avrozonada işsizlik artıb, iqtisadiyyat kiçilib

2020-ci ildə Avrozona iqtisadiyyatı 8.3 faiz kiçiləcəkdir.

Cebhe.info xəbər verir ki, bu haqda Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr hesabatında qeyd olunub.

Qeyd edək ki, BVF-nun iyun ayındakı hesabatında Avrozonada iqtisadiyyatın 10.2 faiz kiçiləcəyi proqnozlaşdırılırdı.

Sənəddə qeyd olunub ki, Avrozonada sənaye məhsulu istehsalı 2020-ci ilin sentyabrında avqust ayı ilə müqayisədə 0.4, ötən ilin müvafiq ayı ilə müqayisədə isə 6.8 faiz azalıb. Bu da əsasən Almaniya (9.6%), Fransa (6.2%) və İspaniyada (5.7%) sənaye məhsulu istehsalının azalması ilə bağlıdır.

Dövr ərzində Avrozonada işsizlik bazar gözləntilərinə uyğun olaraq artım meyili nümayiş etdirərək sentyabrda 8.3 faiz olub.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 815

Bizim Telegram səhifəmizi izləyin