t Avstraliyada “dəvə qətliamı”na qəribə bəraət: “Kondisionerlərdən su içirdilər”
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Avstraliyada “dəvə qətliamı”na qəribə bəraət: “Kondisionerlərdən su içirdilər”

Avstraliyada “dəvə qətliamı”na qəribə bəraət: “Kondisionerlərdən su içirdilər”

Avstraliyanın cənubunda quraqlıq səbəbindən 5000 dəvə vertolyotlardan açılan atəşlə öldürülüb. 

Cebhe.info xəbər verir ki, dəvələr əsasən yerli insanların kompakt yaşadığı Anangu Pitjantjatjara Yankunytjatjara (APY) bölgəsinə axın ediblər. APY bölgə səlahiyyətlisinin sözlərinə görə, bazar günü başladılan “dəvə öldürülməsi” beş gün davam edib və cümə axşamı tamamlanıb.

Qeyd edək ki, APY yerli rəhbərliyi, heyvan hüquqları müdafiəçilərinin reaksiyalarına baxmayaraq, bölgədəki quraqlıq səbəbindən dəvə və vəhşi atları ovlamaq qərarına gəlmişdi. Quraqlıq səbəbindən su tapmaq üçün dəvələrin iri yaşayış məntəqələrinə getdiyi və bölgədə yaşayanların təhlükə altında olduğu iddia edilmişdi. Heyvan hüquqları fəalları hökuməti və yerli rəhbərliyi fərqli həll yollarını axtarmamaqda günahlandırırlar.

APY İdarə Heyətinin üzvlərindən Marita Baker dəhşətli istilər altında qaldığını və çölə çıxa bilmədiyini bildirib: 

“Dəvələr hər yeri işğal etmişdi. Kondisionerlərdən su içirdilər. Küçələr dəvələrlə dolu idi. Uşaqlarımızın təhlükəsizliyi üçün narahat idik".

Avstraliya hökuməti dəvələrin öldürülməsi ilə əlaqədar açıqlamasında bildirib ki, öldürülmə son variant olaraq tətbiq edildi. Əməliyyat zamanı heyvanların zərər görməməsi təmin edilib.

Məlumat üçün bildirək ki, dəvələr Avstraliyanın endemik növlərindən deyil. XIX əsrdə ingilislərin Avstraliya səhralarından keçmək məqsədilə qitəyə gətirilən dəvələrin sayı son illərdə artıb. Cənubi Avstraliya Ətraf və Su İdarəsi də artan dəvələrin bölgənin təbii bitki örtüyünə zərər verməyə başladığını söyləmişdi. Avstraliyada vəhşi dəvələrin sayının 1 milyondan çox olduğu təxmin edilir. 

Yeganə Oqtayqızı 
Cebhe.info


Oxunma sayı: 1596