hava haqqindaBakı
Bu gün +29 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9615
  • NEFT - 43.89
  • clouds-weather

Avstriyada uçqun baş verdi, ölən və yaralananlar var

Avstriyada uçqun baş verdi, ölən və yaralananlar var

Avstriyanın Ştiriya əyalətindəki dağlıq ərazidə yerləşən və mühüm turizm bölgələrindən olan Barenşutzklamm dərəsində baş verən uçqun nəticəsində dağa qalxan turistlərdən 2-si ölüb, 8-i isə yaralanıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu gün günorta saatlarında meydana gələn hadisə nəticəsində Macarıstandan olan 50 yaşlı turist və yaxınlıqdakı Qraz şəhərindən 21 yaşlı gənc dünyasını dəyişib. Yaralılardan birinin vəziyyəti ciddidir.

Hadisə yerinə xilasedicilər, polis və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri cəlb edilib.

Ştiriya Xilasetmə Xidmətinin rəhbəri turistlərin ən çətin yamacda yürüş etdiklərini, bu səbəbdən də xəsarət alanların çox olduğunu bildirib.

Cebhe.info


Oxunma sayı: 2179